Simsar.az | bizi özünüzə Simsar bilin
Mingəçevir-Bakı sərnişin qatarında yanğın olub

616 saylı saylı Bakı-Mingəçevir-Bakı ekspress sərnişin qatarında yanğın baş verib

APA-nın Mərkəzi Aran bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 11.00 radələrində Kürdəmir rayonu ərazisində qeydə alınıb.

Qatar Kürdəmir rayonunun Sığırlı stansiyasına yaxınlaşan zaman lokomotivdə qısa qapanmadan yanğın baş verib. Yanan qatar stansiyaya çatdırılıb, hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürənləri alovu söndürüblər. Qatar 41 dəqiqəlik fasilədən sonra yoluna davam edib . Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

27 Mart, 2011  01:06 Baxılıb: 1439

Bu bölmədə