Metrodan istifadə edənlərin sayı azalır
Gedişhaqqının 15 qəpiyə qaldırılması ilə başlanan bu tendensiya indi də davam edir 2009-cu il oktyabrın 1-də Bakı metrosunda gedişhaqqının 5 qəpikdən 15 qəpiyə qaldırılmasından sonra bu nəqliyyat növündən istifadə edənlərin sayı azalıb. Simsar.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən bildirir ki, bu ilin yanvar-fevral aylarında Bakı metrosu ilə 28,3 milyon sərnişin daşınıb. Bu isə ötən ilin analoji dövrünə nisbətən 2,3 faiz azdır. Bu ilin fevral ayı ərzində Bakı Metropoliteninin xidmətindən yararlanan sərnişinlərin sayı 13,4 milyon nəfər olub. Bu göstərici də öz növbəsində yanvar ayı ilə müqayisədə 10,1 faiz azalma deməkdir.
24 Mart, 2011 18:26 ⁄ Baxılıb: 1319
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |