Beynəlxalq Muğam Müsabiqəsinin qalibləri məlum olub
“Muğam aləmi” II Beynəlxalq muğam festivalı başa çatıb APA-nın məlumatına görə, beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinin üzvləri - Azərbaycanın xalq artistləri Arif Babayev, Ramiz Zöhrabov, YUNESKO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq, türkiyəli musiqişünas, bəstəkar Ozan Yarman, amerikalı alim Uilyam Samts və iranlı bəstəkar, musiqişünas Ehsan Xezrlou olduqca gərgin keçən yarışmanı ədalətli qiymətləndiriblər. Beynəlxalq muğam müsabiqəsinin “Qran-pri” mükafatına layiqli namizəd olmadığından 1-ci yer iki ifaçıya təqdim edilib. Azərbaycanlı xanəndə Ehtiram Hüseynov və İranın-Tehran “Sepehr” ansamblı birinci yerə layiq görülüb. Onlara fəxri fərman, 15 min avro pul mükafatı və festivalın emblemi təqdim edilib.
23 Mart, 2011 03:42 ⁄ Baxılıb: 1811
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV |