Simsar.az | bizi özünüzə Simsar bilin
"Bakı" "İstanbul BB" ilə qarşılaşmaq üçün Türkiyəyə getdi

Təlim-məşq toplanışı ərzində iki yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulur

“Bakı” yığma komandamızın AÇ-2012- nin seçmə mərhələ çərçivəsində keçirəcəyi rəsmi oyunla bağlı Premyer Liqada yaranan fasilədən səmərəli yararlanmaq niyyəti ilə Antalyada 1 həftəlik təlim-məşq toplanışına yollanır. Azerisport.az xəbər verir ki, paytaxt komandasının üzvləri 22-29 mart tarixlərində baş tutacaq hazırlıq dövründə Antalyanın “Popilon Ayscha” otelində məskunlaşacaqlar.

Təlim-məşq toplanışı ərzində iki yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulur. 25 mart tarixində "Bakı" Türkiyə Superliqa təmsilçisi “İstanbul Böyükşehir Belediyespor”la qarşı-qarşıya gələcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

İkinci yoldaşlıq görüşü də Türkiyə Superliqasında mübarizə aparan komandalardan birinə qarşı keçiriləcək. 27 mart tarixinə nəzərdə tutulan oyunda rəqibin kimli yaxın günlərdə dəqiqləşdiriləcək.

Qeyd edək ki, “zolaqlılar” bu gün səhər saatlarında Bakı-İstanbul-Antalya marşrutu ilə hərəkətə başlayacaq və axşam saatlarında Antalyaya çatacaq.

23 Mart, 2011  00:22 Baxılıb: 1427

Bu bölmədə