Simsar.az | bizi özünüzə Simsar bilin
“Masallı Mamed” vəfat etdi

Törənə minlərlə insan qatıldı

Martın 20-də Bakıda 1 saylı cəzaçəkmə məntəqəsində vəfat edən, oğru aləmində “Masallı Mamed” adı ilə tanınan Məmməd Hüseynov martın 21-də torpağa tapşırıldı. 

Simsar.az-ın əməkdaşı xəbər verir ki, səhər tezdən mərhumun Masallının mərkəzində yerləşən ata evinə minlərlə adam toplaşmışdı. Mərhumun meyiti ata evindən çıxarılandan sonra qərənfil yağışı altında şəhərin Təpə adlanan qəbiristanlığına aparıldı. Bu vaxt şəhərin mərkəzi küçələrində avtomobillərin hərəkəti dayandırıldı. Minlərlə insan qəbiristanlığa axışmağa başladı. Dini adətlərə uyğun olaraq “Quran” oxunduqdan sonra “Masallı Mamed”in nəşi torpağa tapşırıldı.

“Masallı Mamed”in dəfninə təkcə Masallı və qonşu rayonlardan yox, Azərbaycanın hər tərəfindən insanlar gəlib. Dəfn saatlarında xəbər yayıldı ki, MDB ölkələrindən də bir çoxunun Masallıya gəlişi gözlənilir.

Mərhumun yas yerindən geniş yazını və həyat hekayəsini bir neçə saatdan sonra Lent.az-da oxuyacaqsınız.

22 Mart, 2011  00:52 Baxılıb: 10230

Bu bölmədə