Simsar.az | bizi özünüzə Simsar bilin
Avropa kubokunda Azərbaycan finalı

Voleybolçu qadınlar arasında keçirilən Avropa “Çağırış Kuboku”nun finalında Azərbaycanın iki komandası üz-üzə gələcək

Simsar.az-ın məlumatına görə, bu, martın 19-da “Azərreyl”in Rusiyada “Uraloçka- NTMK” komandası ilə keçirdiyi yarımfinal mərhələsinin cavab görüşündən sonra məlum olub. 

Martın 16-da Bakıda rəqibini 3:2 hesabı ilə məğlub etmiş “Azərreyl” cavab görüşündə də üstün olub – 3:1 (15:25, 21:25, 25:23, 19:25). Digər yarımfinal matçı isə martın 20-də “Lokomotiv” və “İqtisadçı” komandaları arasında baş tutacaq. İlk oyunda “Lokomotiv” qələbə qazanıb – 3:0.

Qeyd edək ki, final mərhələsinin ilk oyunu martın 29-30-da, cavab görüşü isə aprelin 2-3-də keçiriləcək.

20 Mart, 2011  02:27 Baxılıb: 1423

Bu bölmədə