Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident kosa və keçəllə yumurta döyüşdürdü

İlham Əliyev Novruz bayramı şənliyində iştirak etdi 

Azərbaycan prezidenti İlham Əliyev martın 19-da Novruz bayramı münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində iştirak edib.

APA-nın məlumatına görə, Milli Parkda təşkil olunmuş bayram tədbirlərində dövlət və hökumət üzvləri, Azərbaycandakı diplomatik korpusun təmsilçiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri də qatılıblar. Dövlət başçısı Milli Parkı gəzib, şənlikdə iştirak edib, kosa və keçəllə yumurta döyüşdürüb. İctimaiyyət nümayəndələri ilə söhbət edən prezident onları bayram münasibətilə təbrik edib.

19 Mart, 2011  20:06 Baxılıb: 1590

Bu bölmədə