Simsar.az | bizi özünüzə Simsar bilin
Çində qum fırtınası

Şəhərlərdə küləyin sürəti saniyədə 26,3 metrə çatır

Tsaydam hövzəsini qum fırtınası bürüyüb. 

Simsar.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Qolmud, Houmuxon şəhərlərində küləyin sürəti saniyədə 26,3 metrə çatır.

Bu, son 30 ildə regionda müşahidə olunan ən güclü qum fırtınasıdır. Qum fırtınası martın 17-dən başlayıb və hələ də davam edir. Görüntü məsafəsi 10 metrdən azdır. Qum fırtınası özü ilə bərabər soyuq hava kütləsini də gətirib.

19 Mart, 2011  16:12 Baxılıb: 1250

Bu bölmədə