Simsar.az | bizi özünüzə Simsar bilin
“Gəncə” futbol komandasının baş məşqçisi istefa verib

“Simurq” klubuna 0:1 hesabı ilə məğlub olduqdan sonra İsmayılov vəzifəsindən getməyi qərara alıb

“Gəncə” futbol komandasının baş məşqçisi Fuad İsmayılov istefa verib. 

Bu barədə apasport.az saytına açıqlamasında klubun prezidenti Elmir Əliyev məlumat verib.

Onun sözlərinə görə, öz meydanında Zaqatalanın “Simurq” klubuna 0:1 hesabı ilə məğlub olduqdan sonra İsmayılov vəzifəsindən getməyi qərara alıb.

Klub prezidenti artıq İsmayılovun ərizəsinin qəbul olunduğunu, onun yerinə isə yeni baş məşqçinin təyin olunduğunu bildirib. Belə ki, komandaya ölkənin ən titullu məşqçilərindən olan Mehman Allahverdiyev rəhbərlik edəcək: “Oyundan sonra Fuad İsmayılovla görüşüb söhbət etdik. Ardıcıl ikinci məğlubiyyətdən və son dövrlər klubun uğursuzluqlarını nəzərə alaraq, istefa verdi. Onun yerinə isə biz Mehman Allahverdiyevi təyin etdik”.

19 Mart, 2011  02:24 Baxılıb: 1464

Bu bölmədə