Polislər silah-sursat tapdı
Bərdədə tapılan döyüş sursatları DİN -nin anbarına təhvil veriləcək Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisindən xeyli sayda silah-sursat aşkarlayıblar. Bərdə RPŞ-dən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, götürülən döyüş sursatları 2 ədəd Kalaşnikov avtomatı, 1 ədəd kustar üsulla düzəldilmiş tapança, 1 ədəd beşatılan, 1 ədəd TOZ-8 markalı silahdan, 1 ədəd F-1, 1 ədəd RQD-41 əl qumbaralarından, 8 ədəd avtomat sandıqçası, ümumilikdə 3000 ədədə yaxın 5,45 və 7,62 mm kalibrli avtomat güllələrindən, 2 ədəd BTR patronu, 1 ədəd tratil və 1 ədəd tüstü bombasından ibarətdir.
18 Mart, 2011 17:27 ⁄ Baxılıb: 1609
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |