Simsar.az | bizi özünüzə Simsar bilin
İkibaşlı buzov doğuldu

Türkiyədə iki başlı buzov dünyaya gəlib

Simsar.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Adananın Yumurtalıq rayonunun Kesmeburun kəndində uşaqlığından bəri maldarlıqla məşğul olan 75 yaşlı Münir Bozdoğanın inəyinin buzovunu görənlər şoka düşürlər. 


Münir Bozdoğan deyib ki, ilk dəfə həyatında ikibaşlı buzov görür: “Veterinar həkimlər 3 qol, beş ayaq, 3 qulaqlı buzovlara tez-tez, ancaq 2 başlı buzova milyonda bir dəfə rast gəlindiyini söylədilər”.


Münir Bozdoğan ikibaşlı buzov anormal görüntüsü səbəbindən anası tərəfindən də qovulduğunu, bəslənmədiyini bildirib: “Ayaqları üzərində belə dura bilməyən buzovu yanına aparanda anası hücum edir. Nə edəcəyimizə qərar verə bilmirik. Əmziklə bəsləməyə çalışırıq, ancaq veterinarlar onun çox yaşamayacağını deyirlər”.

18 Mart, 2011  14:35 Baxılıb: 1290

Bu bölmədə