Simsar.az | bizi özünüzə Simsar bilin
“Azərpoçt” bayram günlərində xidmət göstərəcək

Mart ayının 19-dan 27-ə qədər  respublikada bayram günləri kimi təsdiq edilib 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qeyri iş günlərinə baxmayaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC-nin tabeliyində olan poçt şöbələri növbəli iş rejimində işləyərək əhaliyə bütün növ poçt rabitəsi xidmətləri göstərəcək. 


Vətəndaşlar heç bir narahatlıq olmadan hər zaman olduğu kimi bütün poçt xidmətlərindən istifadə edə, o cümlədən məktub, bağlama, pul göndərə, müxtəlif kommunal xidmətlər haqqını ödəyə biləcəklər. Bundan əlavə, 20-21 mart Novruz bayramı münasibətilə Salyan rayonun Parça Xalac və Abad kəndlərinin poçt şöbələri üçün müasir üslubda tikilmiş yeni binaların istifadəyə verilməsi nəzərdə tutulub.

Bütün yeni binalar müasir texniki avadanlıqla və mebellə təchiz olunub.

18 Mart, 2011  05:29 Baxılıb: 2183

Bu bölmədə