Simsar.az | bizi özünüzə Simsar bilin
Əsirlikdən qaytarılan hərbçinin anası oğluyla hələ görüşməyib

«Bilmirəm Anarla nə vaxt görüşəcəyik. Əsas odur ki, oğlum indi Azərbaycan tərəfdədir»

Bunu APA-nın Qarabağ bürosuna bu gün erməni əsirliyindən Azərbaycana təhvil verilən Azərbaycan hərbçisi Anar Hacıyevin anası Nailə Hacıyeva bildirib. Bu gün baş tutan qaytarılma prosesində iştirak etmək üçün Ağdam rayonuna gəlmiş Nailə Hacıyeva oğlunun geri qaytarılması barədə dünən televiziyadan eşitdiyini deyib. N. Hacıyeva oğlunun əsirlikdə olduğu müddət ərzində sonuncu dəfə ötən ilin dekabr ayının ortalarında məktub yazdığını xatırladıb: «Bilmirəm Anarla nə vaxt görüşəcəyik. Əsas odur ki, oğlum indi Azərbaycan tərəfdədir. Daha narahatlıq törədən bir səbəb yoxdur. Anarın Azərbaycanda olması mənə bəsdir».

N. Hacıyeva onu da deyib ki, Anarın əsirlikdən alınıb Azərbaycan hərbiçilərinə təhvil verildiyi xəbərini ilk olaraq ona Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları telefon vasitəsi ilə çatdırıblar.

17 Mart, 2011  23:12 Baxılıb: 1391

Bu bölmədə