Simsar.az | bizi özünüzə Simsar bilin
DİN məcburi köçkünlərə 60 min manat verdi

Qaçqınlara  Sabirabadda 40 min, Goranboyda  isə  23 min manat  pul paylanılıb

Martın 17-də daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə DİN-nin nümayəndələri Sabirabad rayonundakı Şəhriyar düşərgəsində müvəqqəti sığınacaq tapmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.

Simsar.az-ın məlumatına görə, nazir müavini erməni təcavüzü nəticəsində doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımızı DİN rəhbərliyi, şəxsən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından bayram münasibətilə təbrik edib.


Respublika daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 63 min manatın 40 min manatı görüşdən sonra Sabirabadda məskunlaşmış həmvətənlərimizə çatdırılıb. Bundan əlavə, əməkdaşlarımızın topladıqları vəsaitin qalan 23 min manatı isə elə həmin gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkün soydaşlarımıza göndərilib.

17 Mart, 2011  18:18 Baxılıb: 1351

Bu bölmədə