Simsar.az | bizi özünüzə Simsar bilin
SOS! SAĞLAMLIĞIMIZ CİDDİ TƏHLÜKƏ ALTINDA

Bizdən başqa heç bir ölkə Kür və Arazın suyunu içmir

Bakının su problemi öyrənilib

Ekologiya Standartlarının Monitorinq Fondu «Bakı şəhər əhalisinin içməli su problemi» mövzusunda dəyirmi masa keçirib.

Fondun prezidenti Rauf Sultanov bildirib ki, Azərbaycan dünya ölkələri arasında su problemi ilə üzləşən ölkələrdən biridir: «Bakıda su problemini həll etmək məqsədi ilə son illər dövlət tərəfindən bir sıra mühüm malik layihələr həyata keçirilib. Yeni istifadəyə verilən Oğuz-Qəbələ- Bakı su kəməri şəhər əhalisinin içməli suya olan təlabatını artıqlaması ilə ödəmək imkanına malikdir. Bu məqsədlə təşkilatımızın əməkdaşları mövcud vəziyyəti öyrənmək məqsədilə sosioloji sorğu həyata keçirib».

Sorğunun nəticələri barədə məlumat verən fondun icraçı direktoru Rüstəm Əliyev bildirib ki, respondentlərə içməli suyun fasiləsiz yoxsa, cədvəl üzrə verilməsi, suyun keyfiyyəti və yeni su kəmərinin içməli suyun keyfiyyətinə və verilməsinə təsiri ilə bağlı 3 sualla müraciət edilib. Onun sözlərinə görə, sorğu iştirakçılarının 27 faizi içməli suyu fasiləsiz, 65 faizi cədvəl üzrə, 8 faizi isə ümumiyyətlə içməli su almadığını qeyd edib: «Verilən içməli suyun keyfiyyəti ilə bağlı respondentlərin 42 faizi razı, 22 faizi qismən razı və 36 faizi isə razı omadıqlarını bildiriblər».

Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitunun direktoru Məmməd Salmanov bildirib ki, bütün dünyada insan xəstəliklərinin səbəbinin 85 faizi su ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycanda da bu səbəblər araşdırılmalıdır: «Çünki bu gün Azərbaycandan savayı heç bir qonşu ölkə Kür və Araz çaylarından içməli su üçün istifadə etmir. Hesab edirəm ki, ölkəmizin içməli su proleminin aradan qaldırılması istiqamətində işlər davam etdirilməlidir».

RAMİL



16 Mart, 2011  22:16 Baxılıb: 1554

Bu bölmədə