Simsar.az | bizi özünüzə Simsar bilin
Yeni sanitar qaydalar hazırlanır

Səhiyyə Nazirliyi dövlət sanitariya qaydalarının təkmilləşdirilməsi üçün yeni normativlər hazırlayır

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az-a verilən məlumata görə, artıq Beynəlxalq Maliyyə Korporasiyası ilə bağlanmış müqaviləyə uyğun olaraq, dövlət sanitariya nəzarətinin təkmilləşdirilməsi istiqamətində bir sıra sənədlərin layihələrinin hazırlanmasına başlanıb. İlkin olaraq, “Dövlət sanitariya-epidemioloji xidməti tərəfindən tikinti, yenidənqurma, yenidən planlaşdırma, təkmilləşdirmə və yeni texnika ilə təchiz edilmə layihələrinə rəy verilməsi qaydaları” və “Dövlət sanitariya-epidemioloji xidməti tərəfindən qeyri-yaşayış sahələrində yaradılan müxtəlif təyinatlı obyektlərin fəaliyyətinin razılaşdırılması barədə rəyin verilməsi qaydaları”nın layihələrinin hazırlanması başa çatıb. 

Hər iki layihə artıq Səhiyyə Nazirliyinə təqdim edilib.

16 Mart, 2011  20:39 Baxılıb: 1602

Bu bölmədə