Simsar.az | bizi özünüzə Simsar bilin
Ramil Usubov şirvanlılarla görüşdü

Nazir Şirvanda bölgə sakinlərini qəbul edib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Şirvanda bölgə sakinlərini qəbul edib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan Polis Şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, nazir bu gün Şirvan şəhərinin Mədəniyyət evində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Saatlı sakinlərini və Cəbrayıl rayonundan olan məcburi köçkünləri qəbul edib və onların şikayətlərini dinləyib. Bütün şikayətçilər nazir tərəfindən dinlənilib, qeydə alınıb və müvafiq tədbirlər görülməsi üçün göstərişlər verib. R. Usubov sakinlərə qanun və ədalət çərçivəsində bütün şikayətlərə baxılacağına söz verib.

15 Mart, 2011  17:53 Baxılıb: 1367

Bu bölmədə