Simsar.az | bizi özünüzə Simsar bilin
Martın 19-da Ay Yerə yaxınlaşacaq

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib

O deyib ki, bu yaxınlaşma əvvəlki yaxınlaşmalardan fərqlənəcək. Ay ilə Yer arasındakı məsafə adi məsafədən 20 kilometr az olacaq. 

Ə. Quliyev deyib ki, ayda bir dəfə Ay Yerə yaxınlaşır: “Lakin budəfəki yaxınlaşma xüsusi yaxınlaşmadır. Günəş özü də elə yerdədir ki, Aya təsir edir. Belə proses sonuncu dəfə 1992-ci ildə baş verib. Yəni 19-20 ildən bir Ayın Yerə ən çox yaxınlaşması baş verir”.

15 Mart, 2011  18:01 Baxılıb: 1632

Bu bölmədə