Simsar.az | bizi özünüzə Simsar bilin
“Beşiktaş”ın baş məşqçisi istefa verdi

Türkiyənin “Beşiktaş” futbol komandasının baş məşqçisi Bernd Şuster istefa verib

Simsar.az-ın məlumatına görə, son uğursuzluqlardan sonra almaniyalı mütəxəssis istefa ərizəsini rəhbərliyə təqdim edib. 

Lakin Şusteri bu addıma Avropanın bir çox klubundan aldığı təkliflər sövq edib. Onunla Almaniyanın “Bavariya”, “Volfsburq”, “Bayer”, İspaniyanın “Atletiko” klubları maraqlanır. O, xüsusən İspaniyaya qayıtmağa müsbət yanaşır. Şusterin istefa ərizəsinə bu gün “Beşiktaş”ın idarə heyətinin iclasında baxılacaq. Onun ərizəsi qəbul ediləcəyi halda, bu posta real namizəd qismində Mustafa Dənizlinin adı çəkilir. Dənizlinin səhhətindəki problemlər artıq yoluna qoyulub və təcrübəli mütəxəssis baş məşqçi kimi çalışmağa hazırdır.

15 Mart, 2011  18:00 Baxılıb: 1483

Bu bölmədə