Simsar.az | bizi özünüzə Simsar bilin
Polkovnik-leytenant niyə intihar edib?

Müdafiə Nazirliyi Şəmkir hərbi birləşməsində baş vermiş hadisəni araşdırır

Martın 14-nə keçən gecə Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsi yüksək rütbəli zabitinin özünü öldürməyə cəhd hadisəsi Müdafiə Nazirliyi tərəfindən araşdırılır. Bu barədə Nazirliyin mətbuat xidmətinin rəis köməkçisi Teymur Abdullayev Lent.az-a deyib.

Şəmkir hərbi birləşməsi şəxsi heyətin uçotu üzrə məsul zabiti polkovnik-leytenant Azər Xəlil oğlu Hüseynov ülgüclə boğazını kəsib. Çoxlu qan itirən polkovnik-leytenant ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İntihara cəhd etmiş zabitimizin vəziyyəti kritikdir. Həkimlər onun yaşamasına çox az ümidin olduğunu bildiriblər. Zabitimizin canına qəsd etməsinin səbəbləri hələlik məlum deyil. 

15 Mart, 2011  17:43 Baxılıb: 1515

Bu bölmədə