Simsar.az | bizi özünüzə Simsar bilin
Şirvan şəhərində daha bir zəlzələ olub

Azərbaycanın Şirvan şəhərində növbəti zəlzələ baş verib

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ martın 15-i yerli vaxtla saat 00:57-də Şirvan şəhərindən 33 km şimalda qeydə alınıb. 

Zəlzələnin gücü episentrdə 12 ballıq cədvəl üzrə 3 bal, Şirvan ərazisində episentrə yaxın yaşayış məntəqələrində 2-2.5 bal hiss edilib.

İnsan itkisi və tikililərdə dağıntı yoxdur.

Qeyd edək ki, martın 14-də Şirvan ərazisində dalbadal 4 zəlzələ baş verib.

15 Mart, 2011  16:23 Baxılıb: 1439

Bu bölmədə