Simsar.az | bizi özünüzə Simsar bilin
Atəşfəşanlıq olacaq

Novruz bayramı ilə əlaqədar İlaxır çərşənbə münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti Bakı sakinlərini bayram şənliyinə dəvət edir

Simsar.az-ın Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, martın 15-də saat 12.00-da Azneft meydanından dəvə karvanı ilə hərəkət edərək Suraxanı rayonundakı Atəşgah məbədindən od götürən milli geyimli oğlan və qızlar musiqi sədaları altında, Novruz personajlarının iştirakı ilə gətirilən odla saat 19.00-da Qız qalasının üstündəki məşəli alovlandıracaqlar. İlaxır çərşənbə münasibətilə Qız qalasının qarşısındakı meydanda incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.

15 Mart, 2011  00:44 Baxılıb: 1786

Bu bölmədə