Simsar.az | bizi özünüzə Simsar bilin
Şirvandakı zəlzələlərin Qobustandakı vulkanla nə əlaqəsi var?

"Zəlzələdən öncə və sonra vulkanlar oyana bilər"

“Şirvan şəhərində bu gün 4 zəlzələnin qeydə alınması o qədər də qorxulu deyil”. 

Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.

Onun sözlərinə görə, baş verən zəlzələlər maksimum 3,5 bala qədər hiss olunub: “Belə zəif təkanların olması əslində yaxşıdır, daha güclü təkanların qarşısını alır. Bununla da yerdaxili enerji boşalır”.

Mərkəz direktoru dünən Qobustanda palçıq vulkanının püskürməsi ilə bugünkü zəlzələlər arasında əlaqənin olmasını da istisna etməyib: “Həmin ərazilər arasında 35-40 km məsafə var. Prinsipcə, palçıq vulkanlarının zəlzələlərlə əlaqəsi var. Yaponiyada baş verən zəlzələlərdən sonra da Sakit okeanda xeyli sayda vulkan oyanıb. Zəlzələdən öncə və sonra vulkanlar oyana bilər. Bunlar yerdaxili proseslərdir. Zəlzələyə hazırlıq dövründə yer daxilində sıxılma ola bilər, bu isə vulkanların oyanmasına təsir edir”.

14 Mart, 2011  23:28 Baxılıb: 1382

Bu bölmədə