Simsar.az | bizi özünüzə Simsar bilin
Polkovnik-leytenant özünə qəsd etdi

Həkimlər onun yaşamasına çox az ümid olduğunu deyirlər

Çoxlu qan itirən zabitimizin vəziyyəti kritikdir

Bu gün Şəmkir hərbi birləşməsinin yüksək rütbəli zabiti özünü öldürməyə cəhd edib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, birləşmənin şəxsi heyətin uçotu üzrə məsul zabiti polkovnik-leytenant Azər Xəlil oğlu Hüseynov özünə qəsd edib. O, ülgüclə boğazını kəsib. Çoxlu qan itirən polkovnik-leytenant ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Simsar.az-ın əldə etdiyi məlumata görə, intihara cəhd etmiş zabitimizin vəziyyəti kritikdir. Həkimlər onun yaşamasına çox az ümidin olduğunu bildiriblər.

Zabitimizin canına qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qazax Hərbi Prokurorluğundan faktı Simsar.az-a təsdiqləyiblər.

14 Mart, 2011  22:19 Baxılıb: 1521

Bu bölmədə