Simsar.az | bizi özünüzə Simsar bilin
Əsgər xəstəlikdən vəfat etdi

Hadisə Qazaxdakı hərbi hissədə baş verib

Azərbaycan Ordusunun əsgəri dünyasını dəyişib. Bu barədə APA-ya Sumqayıt Şəhər Hərbi Komissarlığından (ŞHK) bildirilib.

Hadisə Qazaxda yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb. 2011-ci ilin yanvarında Sumqayıt ŞHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü Pirverdiyev Müzəffər Rafiq oğlu xəstəlikdən vəfat edib. Mərhum əsgərin meyiti bu gün Sumqayıta gətirilib və ailəsinə verilib.

14 Mart, 2011  21:13 Baxılıb: 1370

Bu bölmədə