Simsar.az | bizi özünüzə Simsar bilin
Taekvondoçumuz Almaniyada bürünc medal qazandı

Taekvondo üzrə gənclər və böyüklər arasında Almaniyada keçirilən “German Open” turnirinə yekun vurulub

Apasport.az saytının məlumatına görə, Hamburq şəhərində keçirilən yarışa 21 idmançı ilə qatılan milli komandamızın qazancı 1 bürünc medal olub. Komandamızdan Ramin Əzizov (80 kq) fərqlənib. O, fəxri kürsünün III pilləsinə qalxıb. 

Qeyd edək ki, yarışda 50 ölkədən 1500 idmançı mübarizə aparıb.

14 Mart, 2011  21:06 Baxılıb: 1404

Bu bölmədə