Simsar.az | bizi özünüzə Simsar bilin
Şirvanda üç zəlzələ qeydə alındı

Azərbaycanın Şirvan şəhərində dalbadal üç zəlzələ qeydə alınıb

Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Məlumata əsasən, martın 14-ü saat 11.52-də Şirvan şəhərindən 40 km şimali-şərqdə zəlzələ baş verib.

Zəlzələ 12 ballıq cədvəl üzrə episentrdə 3.5 bala, Şirvan və Hacıqabulda 3 bala , Sabirabadda 2 bala qədər hiss edilib. İnsan tələfatı və tikililərdə dağıntı qeydə alınmayıb.

İkinci təkan saat 12.14-də Şirvan şəhərindən 35 km şimalda baş verib. Zəlzələ 12 ballıq cədvəl üzrə episentrdə 3.5 bala, Şirvan və Hacıqaqbulda 3 bala , Sabirabadda 2 bala qədər hiss edilib. İnsan tələfatı və tikililərdə dağıntı qeydə alınmayıb.

Üçüncü təkan saat 12.26-da Şirvan şəhərindən 35 km şimalda qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

14 Mart, 2011  19:01 Baxılıb: 1298

Bu bölmədə