Simsar.az | bizi özünüzə Simsar bilin
Həbsxanada ölüm hadisəsi

Dünyasını dəyişən məhbus iranlıdır

Azərbaycanda Cəzaçəkmə Müəssisəsində ölüm hadisəsi baş verib.

Bu barədə APA-ya Xəzər Rayon Prokurorluğundan bildirilib. Hadisə martın 13-də Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Həmin müəssisədə cəza çəkən, İran İslam Respublikasının vətəndaşı, 1960-cı il təvəllüdlü Vahidi Xatuni Həbib Əhməd oğlu qəfildən keçinib. Hadisə barədə dərhal Xəzər Rayon Prokurorluğuna məlumat verilib. Meyitə ilkin baxış keçirən ekspertlər onun ürək tutmasından öldüyünü müəyyən edib. Mərhumun ölümünün dəqiq səbəbləri isə tibbi ekspertizanın açıqlayacağı rəydən sonra məlum olacaq.


Vahidi Xatuni Həbib Əhməd oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək azadlıqdan məhrum edilibmiş.

Faktla bağlı araşdırma aparılır.

14 Mart, 2011  18:39 Baxılıb: 1376

Bu bölmədə