Simsar.az | bizi özünüzə Simsar bilin
FƏVVARƏLƏR MEYDANI POLİS NƏZARƏTİNDƏ

“Vəziyyətə nəzarət etmək üçün əlavə qüvvələrə ehtiyac yoxdur”

“Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşırılmamış aksiya keçirməyi planlaşdırdığı üçün qarşısı alınacaq. Aksiyanın nəzərdə tutulduğu yer – Fəvvarələr meydanı hazırda polis nəzarətindədir”.  

Bu barədə DİN-in Analitik -informasiya şöbəsinin rəisi Orxan Mansurzadə Simsar.az-a bildirib. Onun sözlərinə görə, polis bu gün gücləndirilmiş rejmdə işləməyəcək. Vəziyyətə nəzarət etmək üçün Səbael Rayon Polis İdarəsinin kifayət qədər əməkdaşı var. Əlavə qüvvələrə ehtiyac yoxdur”.

Bu gün saat 14.00-da Müsavat Partiyası Fəvvarələr Meydanında mitinq keçirməyi planlaşdırıb. Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın Bibiheybət qəsəbəsi ərazisindəki stadionda keçirilməsinə icazə verib.

RUSLAN

12 Mart, 2011  18:10 Baxılıb: 2631

Bu bölmədə