Yaponiyanın “Fukusima-1” atom elektrik stansiyasında partlayış baş verib
Partlayış nəticəsində nüvə reaktorunun bloklarından birinin çöl divarı dağılıb, ətrafda radiasiya fonu sürətlə artır Tokio-APA. Yaponiyada zəlzələdən zərər çəkmiş “Fukusima-1” atom elektrik stansiyasında partlayış baş verib. APA-nın məlumatına görə, partlayışdan sonra stansiyanın üzərində ağ bulud topası əmələ gəlib. Partlayış nəticəsində nüvə reaktorunun bloklarından birinin çöl divarı dağılıb. İlkin məlumata görə, hadisə zamanı bir neçə nəfər yaralanıb. Xatırladaq ki, bundan əvvəl rəsmi orqanlar mütəxəssislərin reaktorun müdafiə örtüyünə toplanmış qazın bir hissəsini çıxarmağa müvəffəq olduğunu bildirmişdilər. Nəticədə reaktor daxilində qazı təzyiqi azalıb və radiasiya sızıntısı riski aşağı enib. Daha sonra reaktorun soyudulması üçün bloklara nasoslarla dəniz suyu vurmağa başlayıblar. Lakin görülən tədbirlər lazımi nəticə verməyib və atom elektrik stansiyasında partlayış baş verib. Hazırda AES ətrafında radiasiya fonunun sürətlə artdığı bildirilir.
12 Mart, 2011 18:00 ⁄ Baxılıb: 2002
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |