Simsar.az | bizi özünüzə Simsar bilin
Azəriqazdan bayram sovqatı

“Azəriqaz” 10 gün ərzində gücləndirilmiş rejimdə işləyəcək

Məqsəd bayram günlərində abunəçilərin təbii qaza olan tələbatının lazımi səviyyədə ödənilməsini təmin etməkdir

“Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı münasibəti ilə 18-28 mart 2011-ci il tarixlərində gücləndirilmiş iş rejimində işləyəcək. İstehsalat Birliyindən Simsar.az-a bildiriblər ki, gücləndirilmiş iş rejiminə keçidin məqsədi bayram günlərində abonentləri davamlı və keyfiyyətli şəkildə qaz yanacağı ilə təmin etməkdir. Artıq tədbirlər planına uyğun olaraq, istehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi üçün zəruri addımlar atılıb.


“Azəriqaz”da bildirirlər ki, qurumun əməkdaşları 10 gün ərzində növbəlilik əsasında 24 saat iş rejimində işləyəcək. Həmçinin 104 və 185 saylı məlumat-xidmət telefonları da abonentlərin fasiləsiz istifadəsində olacaq.


“Azəriqaz” İstehsalat Birliyi hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün bayram günlərində bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

12 Mart, 2011  17:16 Baxılıb: 1444

Bu bölmədə