Yaponiyada zəlzələ qurbanlarının sayı 2500 nəfərə çatıb
Rəsmi qurumlar sunami bölgəsində 900-dən çox insanın öldüyünü təsdiqləyiblər Tokio-APA. Yaponiyada zəlzələ qurbanlarının sayı hər saat artmaqdadır. APA-nın məlumatına görə, bir qədər əvvəl Yaponiya Baş Polis İdarəsi təbii fəlakət nəticəsində ölən və itkin düşənlərin sayına dair növbəti rəqəmi açıqlayıb. Rəsmi məlumata əsasən, 8,9 bal gücündə zəlzələ nəticəsində 900-dən artıq insan ölüb, 1600 nəfər isə itkin düşüb. İnsan tələfatı əsasən sunami baş verən ərazilərdə qeydə alınır. Yerli kütləvi informasiya vasitələri təbii fəlakət qurbanlarının sayının hər an arta biləcəyini vurğulayırlar.
12 Mart, 2011 17:03 ⁄ Baxılıb: 1644
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |