Azərbaycanda 9 bala qədər zəlzələ ola bilər
Professor Budaq Budaqov: “…bu ev tikmir, özünə qəbir tikir” Yaponiyada baş verən zəlzələ və onun doğurduğu dağıdıcı hadisələrin nəticələri bir sıra alimləri bədbin proqnoz verməyə sövq edib. Alimlər ilbəil yer kürəsində seysmik aktivliyin artıdığını əsas gətirərək dövlətləri daha diqqətli olmağa çağırırlar. Azərbaycan da daxil olmaqla, bütün bəşəri ölkələr təbiətin bu sərt üzünə hazır olmalıdır. Bununla bağlı fikirlərini Azərbaycanın tanınmış elm adamı, professor Budaq Budaqov açıqlayıb. Onun sözlərinə görə, Azərbaycanda 9 balla qədər zəlzələ ola bilər. Alim deyir ki, buna görə də aparılan tikintilərə nəzarət olmalıdır: “Mən o zaman Azərbaycanın rayonlarına gedəndə görürdüm ki, bir nəfər əlinə bir bel alıb özünə ev tikir. Kənardan baxıb deyirdim ki, bu ev tikmir, özünə qəbir tikir. Çünki onun tikdiyi evdə nə sement var idi, nə də ki, digər materiallar”.
12 Mart, 2011 16:20 ⁄ Baxılıb: 1458
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |