9 boksçumuz finalda
Bakı İdman Sarayında keçirilən boks üzrə “Böyük İpək Yolu” turnirində finalçıların adları məlum olub Simsar.az-ın məlumatına görə, Azərbaycan boksçularından 9-u həlledici görüşdə mübarizə aparmaq hüququ əldə edib. Onlardan yalnız dördü böyüklərdən ibarət milli komandamızın üzvlüdür. Digər idmançılar isə gənc və perespektivli boksçular kimi yarışa buraxılıblar. Üç çəki dərəcəsində - 60 kq, 75 kq və +91 kq-da finalda Azərbaycan idmançıları təmsil olunmayacaqlar. Ən aşağı çəkidə finala Elvin Məmişzadə (49 kq) yüksəlib. 52 kq çəki dərəcəsində finalda indiyədək böyüklər arasında yarışlarda iştirak etməmiş 2 gənc boksçumuz – Ramal Yusifzadə və Tural Əhmədov üz-üzə gələcək. Bundan başqa, 81 kq çəki dərəcəsində də həlledici qarşılaşmaya 2 həmyerlimiz – Ramil Əliyev və Vətən Hüseynli vəsiqə qazanıb. Eyni zamanda Rəhim Nəcəfov (56 kq), Anar Cəfərov (64 kq), Emil Əhmədov (69 kq) və Teymur Məmmədov (91 kq) həlledici döyüşlərin iştirakçıları olacaqlar.
12 Mart, 2011 16:13 ⁄ Baxılıb: 1523
Bu bölmədə4 Dekabr, 2023 Heydər Əliyev ili çərçivəsində növbəti turnir20 Noyabr, 2023 Millimiz Avropa çempionatında rekordunu yenilədi4 Noyabr, 2023 Vüqar Nadirov yeni futbol klubu yaradıb |