Simsar.az | bizi özünüzə Simsar bilin
“28 MAY” METROSTANSİYASI NİYƏ BAĞLANIB?

Dəqiqləşdirilməyən xəbərlərə görə, səbəb aksiyadı, metrostansiyadan isə eskalatorda problem olduğunu deyirlər 

Bakıda keçirilməsi planlaşdırılan aksiya ilə bağlı olaraq “28 May” metrostansiyasına giriş-çıxışın dayandırıldığı bildirilir.  

Məlumatı dəqiqləşdirmək üçün Simsar.az Bakı Metropoliteninin “28 May” metrostansiyasının növbətçi xidməti ilə əlaqə saxlayıb.
Xitmətçi xanım metrodakı eskalatorun fəaliyyətində 15-20 dəqiqəlik fasilənin yarandığını bildirib: “Eskalatorda texniki problem yaranmışdı. Həll olunub. Hazırda gediş-gəliş normaya düşüb”.

Ruslan

11 Mart, 2011  20:13 Baxılıb: 1630

Bu bölmədə