Simsar.az | bizi özünüzə Simsar bilin
YEVLAX KÜÇƏLƏRİNDƏ DƏBİLQƏLİ POLİSLƏR?

“Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı: “Kim deyirsə, Yevlaxda vəziyyət gərgindir, yanılır”

Yevlaxda vəziyyət tam sakitdir. Mən günorta işə gələndə yolda polis görmədim. Kim deyirsə ki, Yevlaxda vəziyyət gərgindir, yanılır».

Bunu Simsar.az-a açıqlamasında Yevlaxda çıxan “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı bildirib.


"Facebook" sosial şəbəkəsində AXCP funksioneri Gözəl Bayramlı məlumat yayıb ki, Yevlaxda polislər əllərində şit, başlarında dəbilqələrlə şəhərin bütün küçə və meydanlarına toplaşıblar, yolları bağlayıblar. Şitləri, dəbilqələri bir-birinə vuraraq, havaya fişənglər ataraq əhali arasında vahimə yaratmağa çalışırlar».

Ruslan

11 Mart, 2011  19:07 Baxılıb: 1498

Bu bölmədə