Simsar.az | bizi özünüzə Simsar bilin
Sunami 53 dövlət üçün təhlükə yaradıb

Bu gün Yaponiyada baş verən 8,9 bal gücündə zəlzələ Sakit okean sahillərində yerləşən ölkələri sunami təhlükəsi il üz-üzə qoyub

Simsar.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, Yaponiyanı vuran sunami ABŞ sahillərinə də çatıb və San-Fransisko sahillərini vurur. 

Sunami Rusiyanın nəzarətindəki Kuril adaları üçün də təhlükə törədir. Yerli əhali evakuasiya edilir. Yeni Zelandiya, Filippin və İndoneziya da risk qrupuna daxil olan ölkələr siyahısındadır. Ümumilikdə, 53 dövlət təhlükə altındadır.

Bu arada Xarici dövlətlər Yaponiyadakı səfirliklərinin əməkdaşlarının evakuasiyasına başlayıblar.

11 Mart, 2011  18:22 Baxılıb: 1530

Bu bölmədə