Yaşar Nuri səhnəyə çıxacaq
Yaşar Nuri: “Hələ çox yeni rollar oynayacağam ” “Mən səhnəsiz yaşaya bilmərəm. Gələn aydan etibarən səhnədə olacağam. Özümü buna hazırlayıram” APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru, yenicə müalicədən Vətənə dönən Yaşar Nuri deyib. Aktyor Akademik Milli Dram Teatrının açılışında iştirakından məmnun olduğunu qeyd edib: “Qayıtmağımın səbəblərindən ən əsası teatrın açılışında iştirak etmək, Milli Teatr Gününü burada keçirmək idi. Şükür, bu arzuma da çatdım. Təmir vaxtı teatrın önündən çox keçmişəm. O zaman bu səhnədə yenidən oynamağı arzu edirdim. Çıxış edəcəyəm də. Mən hələ çox yeni rollar oynayacağam. Düzdür, bu gün gəzməyimdə problemlər var, amma özümü tam sağaldacağam, Yaşar səhnədə büdrəməyəcək. Mən indiyə kimi səhnədə büdrəməmişəm. Səhnə məlhəmdir, bu məlhəmdən necə imtina etmək olar?”.
11 Mart, 2011 17:23 ⁄ Baxılıb: 1594
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV |