Kişilərin sayı surətlə artır
“Bu, bizi narahat etməlidir” “Azərbaycan cəmiyyətində kişilərin sayı kəskin surətdə artmaqdadır. Bu, bizi narahat etməlidir. Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycan əhalisi arasında qadınların sayı 51 faizdən 46 faizə düşüb”. APA-nın məlumatına görə, bu barədə ombudsman Elmira Süleymanova ATƏT-in Bakı ofisinin “Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun implementasiyası: məlumatlandırma və beynəlxalq təcrübə" mövzusunda təşkil etdiyi konfransda bildirib. Qadınların sayının azalmasının əsas səbəblərindən birinin məişət zorakılığı olduğunu deyən E. Süleymanova qeyd dib ki, kriminal abortlar, cinsinə görə ana bətnində dölün məhv edilməsi son illər kişilərinin sayının artmasına səbəb olub: “Məişət zorakılığının müxtəlif formaları insan hüquqlarının pozulması ilə sıx bağlıdır. Məişət zorakılıqlarının kökündə cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılmaması dayanır”.
11 Mart, 2011 16:41 ⁄ Baxılıb: 1345
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu |