Simsar.az | bizi özünüzə Simsar bilin
Mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, düşmən bölmələri martın 10-da saat 13.05-dən 13.27-dək Ermənistan Respublikasının Krasnaselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 18.00-dan 18.35-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən saat 21.00-dan 21.10-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.


Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

11 Mart, 2011  15:39 Baxılıb: 1335

Bu bölmədə