Zərnigar Ağakişiyeva Milli Dram Teatrını tərk edib
“Bəsdir, başqa rollar oynayıb, özgə həyatlar yaşadım, bir az da öz rolumu oynayıb, öz həyatımı yaşamaq istəyirəm” Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Zərnigar Ağakişiyeva çalışdığı teatrı tərk edib. Simsar.az-ın məlumatına görə, aktrisa teatrdan getməsini təqaüd yaşının çatması ilə əlaqələndirərək, hələ bir qədər gecikdiyini vurğulayıb: “Artıq yorulmuşam... Nə qədər gərgin çalışmaq, hansısa obraz barədə düşünərək, ona daxil olmağa çalışaraq yaşamaq olar. 1973-cü ildən belə yaşayıram - başqa rollar oynamaqla, başqa həyatları canlandırmaqla... İndi daha öz rolumu oynamaq, öz həyatımı canlandırmaq istəyirəm”.
10 Mart, 2011 21:49 ⁄ Baxılıb: 1702
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV |