Beynəlxalq media mükafatının seçimi Azərbaycana həvalə edilib
BMİ-nin Azərbaycan Milli Komitəsinin üzvü Azər Həsrət mükafatın seçimi üzrə koordinator təyin olunub Beynəlxalq Mətbuat İnstitutu (BMİ) özünün ən ali mükafatı - 2011-ci ilin “Azad Media Öncülü” üçün təkliflərin qəbulunu elan edib. BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu Simsar.az-a bildirib ki, bu dəfə “Azad Media Öncülü” seçiminin Azərbaycan tərəfindən koordinasiya olunması barədə qərar qəbul edilib. Belə ki, BMİ rəhbərliyinin tövsiyəsi ilə prosesin idarə olunmasının Azərbaycanda, eləcə də dünyada tanınan media mütəxəssisi Azər Həsrətə həvalə edilib: “Bu məsuliyyətli işin obyektiv və səmərəli şəkildə həyata keçirilməsi üçün BMİ və onun Azərbaycan Milli Komitəsi olaraq, Azərbaycanda və dünyada tanınan media mütəxəssisi, bu mükafatın 2004-cü ildəki qalibi Azər Həsrətə həvalə etmişik. Düşünürəm ki, Azər bəy bu işin öhdəsindən layiqincə gələcək”.
10 Mart, 2011 18:48 ⁄ Baxılıb: 1690
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu |