Simsar.az | bizi özünüzə Simsar bilin
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT sabah qoşunların təmas xəttində monitorinq keçirəcək

Tədbir Goranboy rayonunun Borsunlu kəndinin cənubunda baş tutacaq.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 10-da Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndinin cənubundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə məlumat Milli.Az xəbər portalına Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Uilyam Praroy və Jaslan Nurtazin keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov olacaq.

9 Mart, 2011  18:03 Baxılıb: 1413

Bu bölmədə