Əsgər barəsində yenə pis xəbər
Onu bu dəfə maşın vurdu Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Muxax kəndi ərazisində qeydə alınıb. Muxax kənd sakini, 1985-ci il təvəllüdlü İlkin Məhəmməd oğlu Həmzəyev idarə etdiyi “Opel-Vektra” markalı, 10 VD 306 dövlət nömrə nişanlı avtomobillə yolun sağ hissəsi ilə hərəkət edən piyadaları vurub. Nəticədə Muxax kənd sakini, 1963-cü il təvəllüdlü Ömərov Famil İsmayıl oğlu aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Digər piyada, 1992-ci il təvəllüdlü Mamıyev Nurlan Telman oğlu isə müxtəlif bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib. İlkin məlumata görə, hadisəyə havanın yağışlı olması və sürücünün sürət həddini aşaraq idarəetməni itirməsi səbəb olub.
4 Mart, 2011 20:59 ⁄ Baxılıb: 1532
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |