Simsar.az | bizi özünüzə Simsar bilin
Ağaca abidə qoyulacaq

Baş nazir qərar verdi

Azərbaycanın Nazirlər Kabineti Ağyarpaq Qovaq təbiət abidəsinin təşkil edilməsi ilə bağlı qərara verib. 

Nazirlər Kabinetindən Simsar.az -a verilən məlumata görə, qərara əsasən Yevlax şəhəri, Kür çayının sağ sahilində, Sahil parkında yerləşən yaşı 200 il, hündürlüyü 40 metr və diametri 330 sm olan Ağyarpaq qovaq ağacına respublika əhəmiyyətli təbiət abidəsi statusu verilib və həmin ağac Ağyarpaq Qovaq təbiət abidəsi adlandırılıb. Ağyarpaq Qovaq təbiət abidəsinin yerləşdiyi ərazinin təşkili və mühafizəsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yevlax Şəhər İcra Hakimiyyəti bu obyektin yerləşdiyi ərazinin torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məqsədyönlü tədbirlər görəcəklər.

4 Mart, 2011  19:18 Baxılıb: 1585

Bu bölmədə