Simsar.az | bizi özünüzə Simsar bilin
FİFA və UEFA prezidentləri Bakıya gələcəklər

Zepp Baltter və Mişel Platini Azərbaycan futbolunun 100 illiyinə həsr olunacaq tədbirdə iştirak edəcəklər

FİFA prezidenti Zepp Baltter və UEFA prezidenti Mişel Platini Azərbaycana gələcəklər. Simsar.az-ın məlumatına görə, bu barədə AFFA prezidenti Rövnəq Abdullayev bu gün keçirilən toplantıda bildirib.

R.Abdullayev qeyd etdi ki, hər iki qonaq iyunun 8-də Azərbaycan futbolunun 100 illiyinə həsr olunacaq tədbirdə iştirak etmək üçün təşrif buyuracaqlar. O həmçinin bildirib ki, iyunun 2-də FİFA prezidentliyinə seçkilər keçiriləcək və seçiləcəyi təqdirdə qurumun rəhbəri ilk səfərini Azərbaycana etmiş olacaq.

Artıq Mişel Platininin həmin tarixdə Bakıya gələcəyi rəsmi təsdiqini tapıb.

Yubiley tədbirində dost ölkələrinin futbol federasiyalarının rəhbərləri də iştirak edəcək. Rövnəq Abdullayev Lent.az-ın əməkdaşının “məşhur futbolçulardan dəvət edəcəksinizmi” sualına isə “kimi istəsəniz deyin, dəvət edək” deyə cavab verib.

4 Mart, 2011  18:27 Baxılıb: 1664

Bu bölmədə