Simsar.az | bizi özünüzə Simsar bilin
Rövnəq Abdullayev “Neftçi”-“Xəzər-Lənkəran” oyunundan danışdı

Bu gün AFFA İcraiyyə Komitəsi işinə başlayıb

Simsar.az-ın məlumatına görə, toplantıda İK-nın 11 üzvündən 2-si iştirak etməyib. Bunlar Bakı Futbol Federasiyasının prezidenti Cahangir Hacıyev və AFFA-nın vitse-prezidenti Elşad Nəsirovdur. “Bakı” klubunun prezidenti Hafiz Məmmədov isə toplantıya 20 dəqiqə gecikib. 

Tədbirin jurnalistlər üçün açıq hissəsində AFFA prezidenti Rövnəq Abdullayev çıxış edib. O bildirib ki, martın 3-də “Neftçi” xə “Xəzər-Lənkəran” komandaları arasında keçirilən oyun barəsində fikirlərini bildirib və nümayiş olunan futboldan razı qaldığını deyib. Həmin qarşılaşmanı izləmək üçün stadiona kifayət qədər azarkeşin gəldiyini deyən R.Abdullayev çempionata marağa artırmaq məqsədi ilə azarkeşlərin həmin oyunlara daha çox gəlməsini təmin etmək lazımdır.

Daha sonra toplantı jurnalistlər üçün qapalı şəraitə davam etdirilib.

4 Mart, 2011  16:44 Baxılıb: 1674

Bu bölmədə