Simsar.az | bizi özünüzə Simsar bilin
Avropa Birliyinin binasında yanğın

Bu gecə Avropa Birliyi Brüsseldəki binasında yanğın baş verib

Simsar.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, bu barədə Belçika Prokurorluğu məlumat yayıb. 

Zərər çəkənlər yoxdur, binaya az ziyan dəyib. Yanğın 8-ci mərtəbədə başlayıb. Həmin mərtəbədə təmizlik işlərində istifadə olunan 2 çəllək texniki yağ aşkarlanıb. Siqnalizasiyanın tez işə düşməsi yanğının böyümədən qarşısının alınmasına imkan verib.

4 Mart, 2011  15:32 Baxılıb: 1564

Bu bölmədə