Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıya yağış, rayonlara qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər çiskinli, gündüz yağıntılı olacağı gözlənilir. 

Gündüz arabir güclənən mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, martın 4-də hava şəraitinin əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

4 Mart, 2011  13:00 Baxılıb: 1529

Bu bölmədə