Simsar.az | bizi özünüzə Simsar bilin
“Tərəqqi” medalı və fəxri adlarla layiq görülüblər

Prezidenti bir qrup qadını “Tərəqqi” medalı və fəxri adlarla təltif edib

Azərbaycan prezidenti bir qrup qadını “Tərəqqi” medalı və fəxri adlarla təltif edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısının sərəncamı ilə Sona Balabəy qızı Baxşəliyeva, Lalə Abbasəli qızı Qəti, Rəna Rza qızı Mirzəzadə “Tərəqqi” medalı ilə təltif olunublar. Prezidentin digər sərəncamı ilə Kərimova Ayət Sadıq qızı və Məmmədova Sədaqət Ağaəli qızı “Əməkdar müəllim”, Əliyeva Səhər Hidayət qızı və Ocaqverdizadə Ofelya Məlkum qızı “Əməkdar həkim”, Əliyeva Zəhra Gülbala qızı və İsmayılova Səriyyə İsmayıl qızı “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüblər.

4 Mart, 2011  04:01 Baxılıb: 2004

Bu bölmədə